Bakı. 27 fevral. REPORT.AZ/ Yunanıstan paytaxtı Afinada səhər saatlarında geyim mağazasında güclü partlayış baş verib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, partlayış paytaxtın cənubunda yerləşən Qlifad bölgəsindəki Vuliaqmeni prospektində yerləşən mağazada olub.
Mağazaya ciddi maddi ziyan dəyib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Hadisənin başvermə səbəblərini partlayıcı mexanizmlərin zərərsizləşdirilməsi bölməsinin mütəxəssisləri müəyyənləşdirirlər.