Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) İdarəçilər Şurasının Ukrayna üzrə növbədənkənar iclası yanvarın 30-da baş tutacaq.
"Report" xəbər verir ki, bunu Vyanada beynəlxalq təşkilatlar yanında Rusiya Federasiyasının daimi nümayəndəsi Mixail Ulyanov öz "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, iclas Niderlandın təyin etdiyi idarəçinin təşəbbüsü ilə keçiriləcək.
"Belə təcili çağırışın səbəbləri hələ tam aydın deyil, lakin şübhəsiz ki, niderlandlı həmkarlarımız sabah izahat verəcəklər", – deyə Ulyanov qeyd edib.