ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) Amerikanın zərbəsinin Yəmənin Qırmızı dəniz sahilindəki Əl-Hodeyda əyalətində yerləşən Ras-İsa limanını məhv etdiyini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
“ABŞ qüvvələrinin bugünkü (cümə axşamı – red.) hərəkətləri İranın dəstəklədiyi husilərin (Yəmənin “Ənsar Allah” hərəkatının üsyançıları – red.) yanacaq mənbəyini məhv etmək məqsədi daşıyırdı”, - məlumatda bildirilir.
CENTCOM-un məlumatına görə, husilərin nəzarətində olan Ras-İsa limanının dağıdılması radikal təşkilatı neft məhsullarının satışından və yanacağa çıxışından əldə etdiyi qanunsuz gəlirdən məhrum edib.