ABŞ Yaponiyaya F-35 təyyarələrini satacaq

Amerika Birləşmiş Ştatları 23 milyard ABŞ dolları məbləğində 105 ədəd F-35 hərbi təyyarəsinin Yaponiyaya satışına razılaşıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin strukturuna daxil olan agentlik bildirib.

Yaponiya hökuməti daha əvvəl 63 ədəd modifikasiyalı F-35A təyyarələrinin idxalını istəyib. 

Rəsmi Tokio eyni zamanda qarşı tərəfə 42 ədəd F-35B təyyarələrinin satışını də təklilf edib.

Dövlət Departamenti bildirib ki, bu müqavilə ABŞ-ın maraqlarına uyğundur, çünki ABŞ iri müttəfiqinə - Yaponiyaya kömək edir.

Ən yeni F-35 təyyarələri köhnəlmiş “F-4 Phantom”u əvəz etməlidir. Qeyd edək ki, daha əvvəl Yaponiyanın silahlanmasında “F-4 Phantom” raketləri üstünlük təşkil edirdi.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09