ABŞ Senatı Nikki Heylini BMT yanında daimi nümayəndə kimi təsdiq edib

Bakı. 25 yanvar. REPORT.AZ/ Cənubi Karolina ştatının qubernatoru Nikki Heyli ABŞ Senatında ölkənin BMT yanında yeni daimi nümayəndəsi vəzifəsinə təsdiq edilib.

"Report" xəbər verir ki, 96 senator Heylinin namizədliyini təsdiq edib, 4 senator əleyhinə səs verib.

Qubernatorun əleyhdarları onun beynəlxalq siyasət məsələlərində təcrübəsinin olmadığını bildirirlər.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09