​ABŞ kosmosa məxfi kosmik gəmi göndərir

Bakı. 20 may. REPORT.AZ/ Mayın 21-də səhər saatlarında ABŞ məxfi kosmik gəmisini kosmosa buraxacaq.

"Report" xəbər verir ki, bu haqda "New York Times" məlumat yayıb.

Xəbərə görə, bu orbital "Boing X-37" təyyarəsidir. Məlumatda bildirilib ki, kosmik gəmi sınaq müddətində 3 dəfə kosmosa uçaraq, geri dönüb. Pilotsuz qurğunun uzunluğu 9 metrdir və xarici görünüşünə görə "Şatll" kosmik gəmisini xatırladır.

Əvvəlcə ondan peyklərin təmirində istifadə ediləcəyi ehtimal olnurdu. Ancaq sonradan kosmik gəminin uyğun proqramı silinib və ABŞ Müdafiə Nazirliyinin nəzarətinə verilib. 

Digər xəbərlər