ABŞ Ticarət Nazirliyi Rusiyada 12, Özbəkistanda 1 struktura ixrac məhdudiyyəti tətbiq edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Federal Reyestrində qeyd olunub.
ABŞ Ticarət Nazirliyinin tabeliyində olan Sənaye və Təhlükəsizlik Məsələləri Bürosu pilotsuz uçuş aparatlarının alınması və istehsalı da daxil olmaqla, Rusiya hərbi-sənaye kompleksinə yardım etdiyi üçün 13 strukturu “qara siyahıya” salıb.