ABŞ Rusiya biznesmenlərinin “həbs edilmiş” aktivlərini qaytarmayacaq

ABŞ hökuməti Qərbin sanksiyaları ilə əlaqədar rusiyalı sahibkarların üzərinə həbs qoyulmuş aktivlərini geri qaytarmaq niyyətində deyil.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Vaşinqton İqtisadiyyat Klubunda çıxışı zamanı bildirib.

“Məqsədimiz onları geri qaytarmaq deyil, onlardan daha yaxşı istifadə etməkdir”, - Amerika liderinin müşaviri deyib.

Digər xəbərlər