ABŞ KXDR ilə ilkin şərt olmadan dialoqa hazırdır və bu dialoq çərçivəsində Pxenyanın bütün narahatlıqlarını müzakirə etməyə hazırdır.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild beynəlxalq təşkilatının Təhlükəsizlik Şurasının iclasında deyib.
"Biz diplomatiyaya hazırıq. Qarşılıqlı fəaliyyət üçün heç bir ilkin şərtimiz yoxdur, KXDR hökumətinin istənilən narahatlığını müzakirə etməyə hazırıq", - o deyib.
Diplomatın sözlərinə görə, Pxenyan Vaşinqtonun təkliflərinə cavab vermir.