KİV: "ABŞ Prezidenti oktyabrın 18-də İsrailə səfər edəcək" - YENİLƏNİB

ABŞ Prezidenti Cozef Baydenin oktyabrın 18-də İsrailə səfər edəcəyi bildirilir.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, Ağ Ev hələlik bu məlumata münasibət bildirməyib.

15:48

ABŞ Prezidenti Cozef Bayden sabah, oktyabrın 17-də İsrailə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Birləşmiş Ştatlar liderinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü gözlənilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

C.Baydendən əvvəl ABŞ-nin dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin də İsrailə səfər edib.

Xatırladaq ki, B.Netanyahu daha əvvəl C.Baydeni ölkəsinə səfərə dəvət etmişdi.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10