ABŞ-nin Florida ştatındakı Palm Biç şəhərində prezident Donald Trampın iqamətgahı üzərində uçuş üçün məhdudlaşdırılmış hava məkanına təyyarənin daxil olması ilə əlaqədar ABŞ Hərbi Hava Qüvvələrinin qırıcı təyyarəsi havaya qaldırılıb.
"Report" xəbər verir ki, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
"Bu gün səhər saatlarında komandanlığın "F-16" qırıcı təyyarəsi Florida ştatının Palm Biç şəhəri üzərində uçuş üçün məhdudlaşdırılmış hava məkanına daxil olan hava gəmisini ələ keçirib. Vəziyyət təhlükəsiz şəkildə həll olunub", - deyə paylaşımda bildirilir.