ABŞ-nin Ədliyyə Nazirliyinin siyahılarından Epşteynin işi üzrə fayllar yoxa çıxıb

ABŞ-nin Ədliyyə Nazirliyinin Ceffri Epşteyn işi ilə bağlı sənədlərə həsr olunmuş açıq veb saytından azı 16 fayl yoxa çıxıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Materialların yoxa çıxması, hakimiyyət orqanlarının heç bir izahatı və ya ictimaiyyətə rəsmi bildiriş verilmədən, dərc edildikdən 24 saatdan az müddət sonra baş verib.

"Associated Press"in məlumatına görə, itkin düşmüş fayllar arasında çılpaq qadınların şəkilləri, eləcə də əşyalar üzərində və ya qutularda nümayiş etdirilən bir sıra fotoşəkillər var idi. Qutuların içərisində olan bu şəkillərdən biri Donald Trampın Ceffri Epşteyn, Melaniya Tramp və Epşteynin uzun müddətli ortağı Qisleyn Maksvell ilə birlikdə çəkilmiş fotoşəkili idi.

Digər xəbərlər