ABŞ-nin dövlət katibi İsraildə Netanyahu ilə görüşüb - YENİLƏNİB

Təl-Əvivdə ABŞ dövlət katibi Antoni Blinkenlə İsrail Baş naziri Benyamin Netanyahu arasında görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, görüşdə İsrailin xarici işlər naziri Eli Koen və digər rəsmi şəxslər də iştirak edir.

13:07

ABŞ-nin dövlət katibi Antoni Blinken ikinci dəfə İsrailə gedib.

“Report” xəbər verir ki, bu barədə “Sky news” məlumat yayıb.

Onun bu gün İsraildə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Qeyd edək ki, A.Blinken bu ayın 13-də də İsraildə səfərdə idi.

Vaşinqton HƏMAS-la müharibədə Təl-Əvivi tam dəstəklədiyini bildirib.

Digər xəbərlər