ABŞ-nin dövlət katibi Fələstin lideri ilə görüşüb 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken Fələstin lideri Mahmud Abbasla gorüşüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, görüş İordaniyanın paytaxtı Əmmanda baş tutub.

Görüşdə HƏMAS-İsrail müharibəsinin müzakirə olunduğu bildirilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10