ABŞ Konqresinin üzvü Suriyada Bəşşar Əsədlə görüşüb

Bakı. 26 yanvar. REPORT.AZ/ ABŞ Konqresində Demokrat Partiyasından olan millət vəkili Tulsi Gabberd Suriyaya səfər edərək, Bəşşar Əsədlə görüşüb.

“Report” Kanal A Haber-ə istinadən xəbər verir ki, bunu o, CNN-ə bildirib.

“Əsəd haqda nə düşünürsünüz düşünün, o, Suriyanın həqiqi prezidentidir. Məqbul bir razılaşma imzalamaq üçün onunla görüşmək lazım idi”, - deyə, xanım konqresmen vurğulayıb.

Tulci Gabbardın səfəri 6 illik silahlı qarşıdurmadan ABŞ-la Suriya arasında olan ilk təmas sayılır.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama adminstrasiyası Bəşşar Əsədə Suriya hakimiyyətində yer olmadığını bildirirdi.

Digər xəbərlər

Estoniya Moldovada səfirlik açır 05 oktyabr, 2026 / 20:31