ABŞ Konqresinin Nümayəndələr Palatası ardıcıl 3-cü dəfə spiker seçə bilməyib - YENİLƏNİB

Respublikaçıların lideri Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərin üçüncü turunun nəticələrinə görə yenə də əksəriyyətin dəstəyini ala bilməyib.

“Report” xəbər verir ki, iclas çərşənbə axşamı C-SPAN telekanalı tərəfindən yayımlanıb.

Makkartinin əsas rəqibi, demokratların namizədi Hakim Ceffris 212, respublikaçı liderin özü isə partiyasının aşağı palata üzərində nəzarətinə baxmayaraq, cəmi 202 səs toplayıb. Qələbə qazanmaq üçün 218 səs toplamaq lazım idi.

Eyni zamanda, üçüncü turun nəticələrinə görə, ikinci və birinci turda 19 nəfərə qarşı liderini dəstəkləməyən respublikaçıların sayı 20-yə yüksəlib. Onların hamısı başqa bir partiyanın üzvünü - Cim Cordanı dəstəkləyib.

Yüz ildə ilk dəfə olaraq Nümayəndələr Palatası sədrinin seçilməsi bir turla məhdudlaşmayıb. Bu, sonuncu dəfə 1923-cü ildə baş verib. Sonra spiker seçmək üçün doqquz tur səsvermə tələb olunub.

Bu dəfə də seçkilər namizədlərdən biri kifayət qədər səs toplayana qədər davam edəcək. Nümayəndələr Palatasının iclası çərşənbə günü yerli vaxtla günorta saatlarında (Bakı vaxtı ilə saat 21:00-da) davam edəcək.

01:31

Respublikaçılar Partiyasının lideri Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərin ikinci turunun nəticələrinə görə yenidən əksəriyyətin dəstəyini ala bilməyib.

"Report" xəbər verir ki, iclas çərşənbə axşamı C-SPAN telekanalı ilə yayımlanıb.

Onun əsas rəqibi - Demokratlar Partiyasının namizədi Hakim Cefris 212, Makkarti isə respublikaçıların aşağı palata üzərində nəzarətinə baxmayaraq, cəmi 203 səs toplayıb. Qələbə qazanmaq üçün 218 səs toplamaq lazım idi.

Ümumilikdə 19 respublikaçı öz liderini dəstəkləməyib, hamısı partiyanın başqa üzvünə - Cim Cordana səs verib. Namizədlərdən biri kifayət qədər səs toplayana qədər seçkilər davam edəcək.

Digər xəbərlər