ABŞ İsraili "HƏMAS"a qarşı əməliyyatını dayandırmağa çağırıb

ABŞ prezidenti Donald Trampın girovları azad etmə planının işə düşməsi üçün İsrail Qəzza zolağına hücumu dayandırmalıdır.

"Report"un xəbərinə görə, bunu ABŞ-nin dövlət katibi Marko Rubio "CBS News" telekanalına açıqlamasında deyib.

Rubio xatırladıb ki, Fələstinin "HƏMAS" hərəkatı Trampın təklif etdiyi düsturla razılaşıb, ona görə də girovların azad edilməsi üçün şərait yaradılmalıdır:

"Düşünürəm ki, israillilər və hamı anlayır ki, zərbələr davam edərkən girovları azad etmək olmaz, ona görə də zərbələr dayandırılmalı olacaq. Bu müddət ərzində müharibə ola bilməz".

Digər xəbərlər