ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirir

ABŞ administrasiyası İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Siyahıya iki nazir də daxil olmaqla daha 7 məmurun adı daxil edilib.

ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, ilk növbədə İranın daxili işlər və informasiya-kommunikasiya texnologiyaları nazirləri - Əhməd Vahidi və İsa Zarepurun adları "qara siyahı"ya salınıb.

Məhdudiyyətlər "İranda internetə çıxışı bloklayan və dinc nümayişçilərə qarşı zorakılıq tətbiq edən" şəxslərə şamil edilir.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09