ABŞ dövlət katibi Almaniya və Fransaya səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken mayın 14-15-də NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin Berlində keçiriləcək qeyri-rəsmi görüşündə iştirak edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Dövlət Departamenti yayıb.

Bildirilib ki, dövlət katibi Almaniya ilə yanaşı Fransaya da səfər edəcək.

Məlumata görə, səfərlər zamanı Ukraynadakı vəziyyət müzakirə olunacaq.

Digər xəbərlər

ABŞ Kanadanı şantaj edir 26 yanvar, 2026 / 22:23