ABŞ-ın Corciya ştatında atışma nəticəsində 4 nəfər ölüb

Bakı. 25 yanvar. REPORT.AZ/ Cümə axşamı ABŞ-ın Corciya ştatında atışma nəticəsində 4 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis nümayəndəsinə istinadən "Associated Press" nəşri məlumat yayıb.

Bildirilir ki, atışma ştatın şimalında yerləşən Rokmart şəhərində qeydə alınıb. Hadisənin səbəbləri araşdırılır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10