ABŞ Energetika Nazirliyi Donald Tramp administrasiyasından əlavə dəstəyə layiq olmadığına inandığı təmiz enerji layihələri üçün federal dəstəyin təxminən 3,7 milyard dollarını ləğv edir.
“Report” xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” idarənin məlumatına istinadən məlumat yayıb.
“Energetika Nazirliyi belə qənaətə gəlib ki, bu layihələr amerikalıların ehtiyaclarını ödəmir, iqtisadi cəhətdən əlverişsizdir və vergi ödəyiciləri üçün sərmayədən müsbət gəlir gətirməyəcək”, - məlumatda bildirilib.
Energetika Nazirliyi qeyd edib ki, 24 layihədən 16-sı üçün resurs ABŞ-nin əvvəlki prezidenti Cozef Baydenin administrasiyası tərəfindən 2024-cü ilin noyabrında keçirilən seçkilərdən Trampın 2025-ci il yanvarın 20-də andiçmə mərasiminə qədər olan dövr üçün ayrılıb.