ABŞ dövlət katibinin müavini Brüsseldə görüşlər keçirəcək

ABŞ dövlət katibinin müavini Vendi Şerman avropalı həmkarları ilə bir sıra görüşlər keçirmək üçün aprelin 19-da Brüsselə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Aprelin 21-dək davam edəcək səfər çərçivəsində dövlət katibinin müavini Çin üzrə ABŞ-Avropa Yüksək Səviyyəli Dialoqun üçüncü iclasında iştirak edəcək.

O həmçinin NATO müttəfiqləri və avropalı tərəfdaşları ilə Rusiyanın Ukraynaya qarşı elan etdiyi müharibə və digər qlobal məsələlərlə bağlı gələcək koordinasiyanı müzakirə edəcək.

Digər xəbərlər