ABŞ-nin Miçiqan ştatının Dirborn şəhərində ticarət mərkəzində baş verən atışmada iki nəfər ölüb, daha bir nəfər yaralanıb.
"Report"un məlumatına görə, bu barədə "ABC News" telekanalı xəbər verib.
Hadisə yerli vaxtla saat 13:30 radələrində qeydə alınıb. Telekanalın məlumatına görə, hər üç zərərçəkən 20 yaşlı gənc kişidir. Yaralılardan biri hadisə yerində, digəri isə sonra xəstəxanada ölüb.
İlkin məlumata görə, münaqişə iştirakçıları tanış olublar. Onlar arasında yaranan mübahisə əvvəlcə davaya, sonra isə silahlı insidentə çevrilib.