"UPS" şirkətinə məxsus yük təyyarəsinin Kentukki ştatının Luisvill şəhərindəki Məhəmməd Əli adına Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə Luisvill meri Kreyq Qrinberq "X" sosial şəbəkəsində paylaşım edib.
"Axşam qəza yerində daha bir qurban aşkar edilib. Beləliklə, ölənlərin sayı 14-ə çatıb", - deyə o yazıb.