ABŞ Nüvə Tənzimləmə Komissiyası ölkədə ilk kommersiya kiçik modul reaktorunun tikintisini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə qurumun saytındakı bəyanatda deyilir.
Məlumata görə, "Tennessee Valley Authority" şirkəti 14 aylıq təhlilin yekunlarına əsasən, Tennessi ştatının şərq hissəsində ABŞ-də ilk kiçik modul reaktorunun tikintisinə icazə alıb.
Dəqiqləşdirilib ki, 300 MVt gücündə nüvə reaktoru "GE Vernova Hitachi" şirkəti tərəfindən layihələndirilib.