ABŞ-də hərbi helikopter qəzaya uğrayıb

ABŞ-nin Kolorado ştatında təlim zamanı AH-64E “Apache” hücum helikopteri qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə yerli KKTV telekanalı “Fort-Karson” hərbi bazasının nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, helikopter təlim zamanı qəzaya uğrayıb və hadisə nəticəsində hərbi bazanın iki hərbçisi yaralanıb.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43
Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28