ABŞ-də dizel iki ayda ilk dəfə ucuzlaşıb

ABŞ-də dizel yanacağının orta qiyməti iki ayda ilk dəfə olaraq bir qallon (3,785 litr) üçün 6 dollardan aşağı enib.

"Report" xəbər verir ki, bu barədə "GasBuddy" xidmətinin neft bazarı təhlili şöbəsinin rəhbəri Patrik De Haan bildirib.

Onun məlumatına görə, noyabrın 14-də ölkədə dizel yanacağının orta qiyməti bir qallon üçün 5,99 dollara qədər azalıb.

Eyni zamanda, Amerika Avtomobil Assosiasiyası (AAA) bir qədər daha yüksək qiymətləndirmə təqdim edir. Onun məlumatına görə, ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon üçün 6,04 dollardır.

Digər xəbərlər