ABŞ-də atışma olub, ölən və yaralananlar var

ABŞ-də gecə klubunda atışma olub, ölənlər var.

“Report” CNN-ə istinadən xəbər verir ki, hadisə Alabama ştatının Birmingem şəhərində qeydə alınıb.

Məlumata görə, atışma nəticəsində azı 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Hadisə zamanı habelə kluba hücum zamanı yaralananları daşıyan avtomobilə də atəş açılıb.

Cinayəti törədən şəxslər qaçıblar, hazırda onların axtarışı aparılır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10