ABŞ-ın Ohayo ştatında ticarət mərkəzində atışma olub

ABŞ-ın Ohayo ştatının Kolambus şəhərində ticarət mərkəzində atışma bir nəfərin həyatına son qoyub.

“Report” xəbər verir ki, bu barədə yerli 10TV kanalı polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, vəziyyət nəzarət altındadır. Polis hadisə yerində odlu silah tapıb, həmçinin şübhəli bilinən şəxsi istintaqa cəlb edib.

Hazırda polis ticarət mərkəzinin ərazisində yoxlama aparır.

Digər xəbərlər

Kiyev qaranlığa qərq olub 14 yanvar, 2026 / 04:06