ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 60 milyon nəfəri ötüb.
“Report” koronavirus pandemiyasının statistikasını aparan Con Hopkins Universitetinin yanvarın 10-na olan məlumatına istinadla xəbər verir ki, pandemiyanın başlanğıcından bəri Amerika Birləşmiş Ştatlarda 60 062 077 yoluxma halı qeydə alınıb.
Virusun təsirindən 798 710 nəfər həyatını itirib. ABŞ-da hər 100 min nəfərə düşən yoluxma sayı 15 min nəfər təşkil edir ki, bu da dünya üzrə ən yüksək göstəricilərdən biridir.
Qeyd edək ki, Birləşmiş Ştatlar həm COVID-19 infeksiyasına yoluxma, həm də bu xəstəlikdən ölüm hallarının sayına görə dünyada ilk yerdədir.