ABŞ-da barda atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Minnesota ştatının Sent-Pol şəhərindəki barların birində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

"Report" bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Vəziyyətləri qənaətbəxş hesab edilir.

16:03

ABŞ-ın Minnesota ştatında baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsi öz tviter səhifəsində məlumat yayıb.

Atışma ştatın məhəllələrindən birində baş verib.

Yaralılar yerli xəstəxanalara aparılıb.

Polis hazırda araşdırma aparıldığını bildirib.

Digər xəbərlər