ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Nyu-Cersi ştatının Paterson şəhərində naməlum şəxslərin açdığı atəş nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı “NBC News ” telekanalı yayıb.


*** 15:56

ABŞ-ın Nyu-Cersi ştatının Paterson şəhərində naməlum şəxslərin açdığı atəş nəticəsində 7 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı WABC telekanalı yayıb.

Atışma nəticəsində ağır yaralanan 4 nəfər hospitala yerləşdirilib. Bir müddət sonra 3 yaralı da xəstəxanaya müraciət edib. Hadisə zamanı bir neçə avtomobilə ziyan dəyib.

Atışmanı törədənlər olay yerindən qaçaraq gizləniblər. Onların axtarışı davam edir.

Hadisənin səbəbi araşdırılır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10