ABŞ-da atışma olub, xəsarət alanlar var

ABŞ-ın Virciniya ştatında atışma nəticəsində 4-ü azyaşlı olmaqla 5 nəfər yaralanıb.

Bu barədə “Report” yerli polisə istinadən xəbər verir.

Qeyd edilir ki, xəsarət alanlardan dördü yeniyetmədir. Hadisə zamanı daha bir kişi güllə yarası alıb.

Onlar yerli xəstəxanalara çatdırılıblar.

Hadisənin təfərrüatı açıqlanmır.

Digər xəbərlər

Con Hili Kiprə gedib 05 mart, 2026 / 13:31