ABŞ-da atışma olub, ölənlər və yaralananlar var

ABŞ-ın İllinoys ştatının Rokford şəhərində baş vermiş atışmada 3 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə CBS Chicago telekanalı məlumat yayıb.

Şəhər polisinin rəhbəri Den O Şinin sözlərinə görə, hadisə yerli vaxtla saat 18:55-də (Bakı vaxtı ilə saat 4:55-də-red) qeydə alınıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Telekanal güman edir ki, insidentlə bağlı olan yeganə şəxs həbs edilib.

Digər xəbərlər

Çində güclü zəlzələ olub 19 avqust, 2026 / 04:22