ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Vaşinqton ştatında baş verən atışmada 1 nəfər ölüb, azı 5 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən “ABC News” məlumat yayıb.

Hadisə Sietldən cənub-şərqdə, Renton şəhərində baş verib.

Hadisə yerinə gələn polis 6 nəfəri güllə yarası ilə aşkarlayıb. Onlardan biri yerindəcə ölüb, digərlərinə tibbi yardım göstərilib.

İlkin məlumata görə, atəş açanlar bir neçə nəfər olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09