​ABŞ-da "altılıq" və İranın XİN başçıları arasında danışıqlar başlayıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasının "sahələri"ndə "altılıq" (BMT TŞ-nin beş daimi üzvü və Almaniya) və İranın xarici işlər nazirləri arasında danışıqlar başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, nazirlər 2015-ci ilin iyul ayında Tehranın nüvə probleminin nizamlanması üzrə əldə edilmiş tarixi sazişin icra prosesini müzakirə edəcəklər.

Danışıqlara qədər Fransa və İranın XİN rəhbərləri ikitərəfli görüş keçiriblər.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09