ABŞ BƏƏ-yə 23 milyard dollarlıq hərbi texnika satmaq istəyir

ABŞ prezidenti Cozef Bayden administrasiyası Birləşmiş Ərəb Əmirliklərinə 23 milyard ABŞ dolları dəyərində hərbi texnika satacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi “The Hill” qəzetinə bildirib.

Məlumata görə, sövdələşmə baş tutarsa, hərbi texnika 2025-ci ildən sonra tədarük ediləcək.

Bildirilib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyəti dövründə Dövlət Departamenti BƏƏ-yə “Lockheed Martin” şirkətinin istehsalı olan 50 “F-35” qırıcı, 18 “MQ-9B” pilotsuz uçan kəşfiyyat aparatı və başqa qabaqcıl hərbi sistem satmaq niyyətində olduğu barədə Konqresi xəbərdar etmişdi. Həmin sövdələşmə 23,37 milyard ABŞ dolları dəyərində olub.

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05
Tramp İrana 15 gün vaxt verib 20 fevral, 2026 / 01:50