ABŞ ələ keçirdikləri tankerin Venesuela və İrandan neft nəqli ilə məşğul olduğundan şübhələnir.
"Report"un məlumatına görə, bu barədə ABŞ-nin Baş prokuroru və ədliyyə naziri Pam Bondi sosial şəbəkədə məlumat verib.
O, tankerin Venesuela və İrandan sanksiyalara məruz qalan xam neftin daşınması üçün istifadə edildiyinə aydınlıq gətirib.
Tankerin ələ keçirilməsinə dair order Federal Təhqiqat Bürosu, Daxili Təhlükəsizlik Araşdırmaları və ABŞ Sahil Mühafizəsi tərəfindən verilib.
Siyasətçi əlavə edib ki, Daxili İşlər Nazirliyi ilə birgə araşdırma davam edir.