YAP Gənclər Birliyinə yeni sədr seçilib

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinə yeni sədr seçilib.

Bu barədə "Report"a YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

O bildirib ki, bu gün Gənclər Birliyinin iclası keçirilib və Bəxtiyar İslamov sədr seçilib:

"Həmçinin Birliyin fəaliyyət istiqamətlərinə yeniliklər edilib".

B.İslamov “ASAN Könüllüləri” Təşkilatının sədridir.

İndiyədək partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov idi. O, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, YAP-ın VII qurultayı martın 5-də keçirilib.

Digər xəbərlər

Fəzail Ağamalı vəfat edib 09 fevral, 2026 / 19:59