Xocavənd sakini: Nəhayət Qarabağa qayıdırıq

Çox sevincliyik. Nəhayət ki, Qarabağa qayıdırıq.

Bu sözləri "Report"a Xocavənd rayonunun Quzeyxırman kənd sakini Yeganə Səmədova deyib.

O, vurğulayıb ki, Quzeyxırman kəndi ilə bağlı arzuları artıq reallaşır: "Orada yaşayıb yaradacağıq. Bundan sonra hər şey gözəl olacaq.

Yurdumuza bu qayıdışa görə başda möhtərəm Prezidentimiz olmaqla şəhidlərimizə, qazilərimizə, veteranlarımıza borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin".

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39