Azərbaycan Prezidenti İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında çox önəmli mesajlar verildi.
Bu fikri "Report"a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, Bakıda keçirilən bu mühüm beynəlxalq tədbir müxtəlif dinlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın təşviqinə xidmət edir:
Deputat ölkə başçısının çıxışında gələn il Azərbaycanda keçiriləcək tədbirlərdən bəhs olunduğunu da xatırladaraq 2027-ci ildə Avropa siyasi birliyi və İslam dünyası liderlərinin Azərbaycanda toplaşacaqlarını vurğulayıb:
"Azərbaycanın İslam dünyası ilə əlaqələri də bu çoxşaxəli xarici siyasətin mühüm hissəsidir. 2027-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Zirvə Konfransının keçirilməsi və təşkilata sədrliyin Azərbaycana həvalə olunması nəzərdə tutulur. İƏT Baş katibinin Prezident İlham Əliyevlə görüşü zamanı bu tədbirə hazırlıqların müzakirə edilməsi və Azərbaycanın təşkilat daxilindəki rolunun qeyd olunması ölkəmizin İslam dünyası ilə əməkdaşlığının prioritet məsələlərdən biri olduğunu təsdiqləyir. Bu tədbirlər Azərbaycan üçün həm siyasi dialoqun genişləndirilməsi, həm də İslam ölkələrinin ortaq problemlərinin müzakirəsinə imkan yaradacaq. Buraya iqtisadi əməkdaşlıq, humanitar məsələlər, mədəni irsin qorunması, islamofobiya ilə mübarizə və beynəlxalq təşkilatlarda koordinasiyanın gücləndirilməsi kimi istiqamətlər daxildir".