Xocalının Daşbulaq kəndində 250-yə yaxın sakin işlə təmin olunub

Xocalı rayonunun Daşbulaq kəndində 250-yə yaxın sakin işlə təmin olunub.

Bu barədə "Report"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Daşbulaq kəndində salınan super intensiv tut bağları hazırda 163 hektar ərazini əhatə edir və burada Xocalıdan və ətraf rayonlardan olan 250-yə yaxın keçmiş məcburi köçkün çalışır.

Qeyd olunub ki, son iki ildə Daşbulaq kəndində salınan tut bağında hər hektara 10 min ting əkilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müşaviri İmran Cümşüdov vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında təsərrüfata 100 qutu ipəkqurdu verilib, nəticədə 1 il ərzində 2100 kiloqram barama əldə edilərək "Azəripək" MMC-yə təhvil verilib.

Digər xəbərlər