Keçmiş məcburi köçkün: Uzun illərdən sonra Zəngilana qayıtmağın sevincini yaşayırıq

Beş qızım var, hər birini evləndirmişik, indi isə doğma yurda geri qayıdırıq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Zəngilan rayonunun Cahangirbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Şölə Alıyarova deyib.

O bildirib ki, həyat yoldaşı ilə birlikdə uzun illərdən sonra Zəngilana qayıtmağın sevincini yaşayır.

Cahangirbəyliyə köç edən digər bir məcburi köçkün Əjdər Alıyarov isə bildirib ki, dövlət kəndlərini yüksək səviyyədə bərpa edib. Əfqanıstan veteranı olduğunu qeyd edən Ə. Alıyarov torpaqların azadlığı uğrunda canlarından keçən şəhidlərə rəhmət, qazilərə şəfa diləyib.

Qeyd edək ki, Cahangirbəyli kəndinə 19 ailə (75 nəfər) köçürülür.

Digər xəbərlər