Mirzə Cabbarov Xocalı rayonunun Xanyurdu kəndinin sakinidir. 33 ildən sonra doğma yurda dönüşün sevincini yaşayır.
O, təəssüratlarını "Report"un Qarabağ bürosunun Xocalıya ezam olunan əməkdaşına açıqlayıb.
"1992-ci ildə kəndimizi məcburi tərk etmişdik. Bu gün sevinclə öz yurdumuza dönürük. Sevincimizin həddi-hüdudu yoxdur. Allahdan arzum budur ki, məcburi köçkün düşən bütün soydaşlarımız öz yurdlarına dönsünlər. Qısa zamanda İrəvan, Göyçə, Zəngəzura da dönüş sevincini yaşamağı hamıya arzu edirəm", - deyə o bildirib.
Xatırladaq ki, bu gün ilk mərhələdə Xocalı rayonunun Xanyurdu kəndinə 33 ailə - 122 nəfər, Təzəbinə kəndinə isə 28 ailə - 125 nəfər köçürülüb.