Tural Novruzov: Şuşadakı məscidlərin bəziləri dağıdıldığından yerlərini müəyyənləşdirmək belə mümkün deyil

Şuşadakı məscidlərin bir çoxu dağıdılıb və bəzilərinin yerlərini müəyyənləşdirmək belə mümkün deyil.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov aprelin 17-də Şuşada keçirilən “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda deyib.

Onun sözlərinə görə, Şuşa tarixi baxımdan məhəllə sistemi üzrə təşkil olunub: “Burada 17 məhəllə mövcud idi. Hər məhəllənin öz məscidi və meydanı var idi”.

İcraçı direktor azad olunduqdan sonra Şuşadakı skanlama və tədqiqat işləri barədə də danışıb:

“Buraya həm yerli, həm də beynəlxalq mütəxəssislər cəlb olunub. Mütəxəssislər hər ay əraziyə səfər edir və bərpa işləri ilə bağlı rəy bildirirlər”.

Xəbər lenti