Təzəbinə sakini: Valideynlərin bizə sevdirdiyi doğma kəndə qürurla qayıdırıq

Sakinlər valideynlərinin onlara sevdirdiyi doğma kəndə qürurla qayıdırlar.

Bunu "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında rayonun Təzəbinə kəndinə qayıdan sakin Tamara Şirinova deyib.

O, kəndi əvvəllər görməsələr də, hər zamanı bu yurdun sevgisi ilə yaşadıqlarını vurğulayıb:

"Valideynlərimiz görmədiyimiz kəndimizi bizə sevdirə bilib. İndi o yerlərə böyük sevinc və qürurla qayıdırıq. Bu hissi heç vaxt unutmayacağıq. Belə möhtəşəm duyğuları bizə yaşadan hər bir kəsə təşəkkür edirəm".

Digər xəbərlər