Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr Zəngəzur dəhlizini funksional hala gətirmək və inkişaf etdirmək istiqamətində göstərilən səyləri dəstəkləyir.
"Report" xəbər verir ki, bu barədə məlumat TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekununda qəbul edilmiş Qəbələ Bəyannaməsində əks olunub.
Sənəddə üzv ölkələrin Bakı-Tbilisi-Qars dəmir yolundan maksimum potensialla istifadə etmək öhdəliklərini bir daha təsdiqlədikləri qeyd olunub:
"Eyni zamanda, Trans-Xəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhlizinin və Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun regionlararası əlaqələrin gücləndirilməsi və Avropa ilə Asiya arasındakı ticarət marşrutlarının şaxələndirilməsi baxımından əhəmiyyətini vurğulayırıq".