Milli Məclisə seçkilərlə əlaqədar 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 8 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir.
“Report”un xəbərinə görə, bu məntəqənin seçici siyahısında 1247 nəfərin adı var.
Səsvermə başlayandan bu vaxta qədər 300-ə yaxın şəxs səs verib.
Seçki prosesini 20 yerli müşahidəçi izləyir.
Məntəqə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə yerləşir.