Siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi qaydası təsdiqlənəcək.
"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.
Fərmanla Nazirlər Kabinetinə Qanunun 24.6-cı maddəsinə uyğun olaraq siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin həmin Qanunun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.