Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Rauf Əhmədovun qardaşı Rasim Əhmədov ata və anasının ruhunun şad olduğunu deyib.
Bunu o, "Report"un Qərb bürosuna açıqlamasında bildirib.
O qeyd edib ki, 33 ildən sonra şəhidin dəfni baş tutub:
"İndi ata-anamın ruhu şaddır. Bizim də gözümüz yollardan yığıldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Xatırladaq ki, itkin-şəhid Rauf Əhmədov bu gün Goranboy rayonunun Sarov kəndində dəfn edilib.